Yuxarı
    Bağlamaq

    Bahar Muradova: “Həmsədrlər zahirən çox fəal görünür, amma nəticə yoxdur”

    “Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyri-fəal olduğunu heç zaman söyləməmişik”

    Bakı. 19 yanvar. REPORT.AZ/ ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan edib. Biz buna şübhə etmirik. Amma bu fəallıq məsələnin ədalətli həllinə gətirib çıxaracaqmı?! Bizi bu məsələ düşündürür”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

    O bildirib ki, Azərbaycan müəyyən proqnozların özünü doğrultmadığını görür: “Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Bir qayda olaraq, Minsk Qrupunun həmsədrləri buna çağırış edirlər, amma ortada konkret nəticə yoxdur. Fəaliyyətdə olan sədrlər belə çağırışların real əmələ çevrilməsi ilə bağlı fikirlərini bölüşsəydilər, biz ona münasibət bildirə bilərdik. Amma ümumi olaraq, “fəal olacağıq, bu məsələni gündəlikdə saxlamağa çalışacağıq, bu məsələ həll olunmalıdır” kimi çağırışlar fəaliyyətdə olan sədrin üzərinə qoyulan öhdəlikləri yerinə yetirəcəyinə inamı formalaşdırır”.

    B.Muradova qeyd edib ki, Azərbaycan hər bir zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticəsiz qalmasından narahatlığını bildirib: “Əlbəttə ki, biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyri-fəal olduğunu heç zaman söyləməmişik. Ancaq biz onun nəticələri ilə bağlı narahatlığımızı ifadə etmişik ki, bu da ədalətli mövqedir. Bir qayda olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə çoxsaylı səfərlər edirlər, sosial şəbəkələrdə məsələyə münasibət bildirir, açıqlamalar verirlər. Bu məsələ zahirən çox fəal görünür. Amma nəticə yoxdur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi