"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" qətnamə layihəsi BMT-nin 69-cu sessiyasının gündəliyinə daxil edilib

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" qətnamə layihəsi BMT-nin 69-cu sessiyasının gündəliyinə daxil edilib BMT Baş Assambleyasının 69-cu sessiyasının rəsmi açılışı sentyabr ayının 16-da Nyu-Yorkda keçiriləcək
Qarabağ
15 Sentyabr , 2014 10:55
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət qətnamə layihəsi BMT-nin 69-cu sessiyasının gündəliyinə daxil edilib

Bakı . 15 sentyabr. REPORT.AZ/ "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" qətnamələr layihələri BMT-nin Baş Assambleyasının 69-cu sessiyasının gündəliyinə daxil edilib. Report BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin qətnamə layihələri BMT-nin Baş Assambleyasının 68-ci sessiyası zamanı müzakirə olunmadıqlarına görə hazırkı sessiyanın gündəliyinə müvafiq olaraq 38 və 33-cü bəndlər altında daxil ediliblər. 

Bu sessiyanın gündəliyinə ümumilikdə 170 bənd, o cümlədən, Afrikada sülh, təhlükəsizlik və inkişaf, eləcə də insan hüquqları, tərk-silah, narkotiklərin yayılmasına nəzarət, qadınların vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir. 

Qeyd edək ki, BMT Baş Assambleyasının 69-cu sessiyasının rəsmi açılışı sentyabr ayının 16-da Nyu-Yorkda keçiriləcək. 

BMT Baş Assambleyası - BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir  iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Hər il sentyabr ayından dekabr ayına qədərki dövrdə Assambleyanın intensiv işi aparılır. Daha sonra Assambleya öz iclaslarını lazım olduğu təqdirdə keçirir.

Son xəbərlər

Orphus sistemi