Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar Qarşı tərəf cavab atəşi ilə susdurulub
Qarabağ
18 Avqust , 2014 09:15
Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
Bakı. 18 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin bir neçə istiqamətində atəşkəsi pozublar. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, erməni silahlı bölmələri ötən gecə Füzuli rayonunun Qorqan və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. 

Son xəbərlər

Orphus sistemi