Azərbaycan cəbhəboyu zonada patrul dəstələri yaradır

Azərbaycan cəbhəboyu zonada patrul dəstələri yaradır Bununla bağlı ölkə prezidentinin sərəncamında qeyd olunub
Qarabağ
25 Sentyabr , 2014 09:22
Azərbaycan cəbhəboyu zonada patrul dəstələri yaradır

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində - cəbhəboyu zonada yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələri formalaşdıracaq.

“Report”un xəbərinə görə, bununla bağlı prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamında qeyd olunub.

Patrul dəstələri müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədi ilə yaradılacaq.

Qeyd edək ki, patrul dəstələrinin “Müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının yaradılması və hərbi birliklərə, hissələrə hamilik haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 9 yanvar tarixli 667 nömrəli fərmanına uyğun olaraq yaradılan müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları tərəfindən Azərbaycan və Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə yaradılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi