Cəbrayıl, Cocuq Mərcanlı. 21 iyul. REPORT.AZ/ "Cocuq Mərcanlıda əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər artıq yekunlaşıb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cocuq Mərcanlıya səfər edən “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev deyib.
O bildirib ki, kənddə ən son texnologiyalara uyğun müasir avadanlıq qurulub: "Hələlik 50 ailə üçün nəzərdə tutulan elektron ATS-in tutumu gələcəkdə tikiləcək evlərin siyahısına müvafiq olaraq artırılacaq".