Azərbaycanlılar Tbilisidə Dağlıq Qarabağdakı separatçı rejimin rəssamlarının sərgisinin açılmasına etiraz edir

Azərbaycanlılar Tbilisidə Dağlıq Qarabağdakı separatçı rejimin rəssamlarının sərgisinin açılmasına etiraz edir Əli Babayev: "Gürcüstan hökuməti bu sərginin qarşısını almalı və lazımi tədbirlər görülməlidir”
Qarabağ
1 Dekabr , 2017 12:13
Azərbaycanlılar Tbilisidə Dağlıq Qarabağdakı separatçı rejimin rəssamlarının sərgisinin açılmasına etiraz edir

Tbilisi. 1 dekabr. REPORT.AZ/ “Tbilisidəki "Ayartun” mərkəzində Dağlıq Qarabağdakı separatçı rejimin 7 rəssamının sərgisinin açılması regionda sabitliyin pozulmasına yönəlmiş addımdır”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev dekabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyi bu sərginin şəxsi təşəbbüs qaydasında açılması və hökumətə aidiyyətı olmadığı barədə bəyanatı anlaşılan deyil: "Sərginin açılışında Tbilisidəki erməni apostol kilsəsinin və Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının iştirakı nazirliyin məlumatının əksini deyir. Bu iki qurumun nümayəndələrinin iştirakı bir çox qaranlıq məqamlardan xəbər verir. Ona görə də hesab edirəm ki, Gürcüstan hökuməti bu sərginin qarşısını almalı və lazımi tədbirlər görülməlidir”.

Ə.Babayev deyib ki, bu, ermənilərin ilk addımı deyil: "Onlar separatçı əməllərini davam etdirilər. Ona görə də hesab edirəm ki, sərginin bağlanması istiqamətində qəti addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrar olunmasın".

Xatırladaq ki, Gürcütan XİN-in məsələ ilə bağlı yaydığı məlumatda bu ifadələrə yer verilib: “Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bizim məlumatımıza görə, sərgidə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir əlamət və işarə olmayıb”. Nazirlik həmçinin bu sərginin şəxsi təşəbbüs əsasında açıldığını və bu təşəbbüsə heç bir dövlət strukturunun qoşulmadığını iddia edir. 

Son xəbərlər

Orphus sistemi