Azərbaycanlılar Ermənistanın Böyük Britaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib

Azərbaycanlılar Ermənistanın Böyük Britaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib Ermənistan səfirliyinin əməkdaşlarının etirazlarına baxmayaraq, aksiya zamanı heç bir insident qeydə alınmayıb
Qarabağ
30 Avqust , 2017 17:48
Azərbaycanlılar Ermənistanın Böyük Britaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib

London. 30 avqust. REPORT.AZ/ Böyük Britaniyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar Ermənistanın Londondakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.  

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, soydaşlarımız avqustun 31-nin Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü olduğunu söyləyiblər və buna dinc şəkildə etirazlarını bildiriblər. 

Aksiyada Azərbaycan musiqisi skripkada ifa olunub, yerli ictimaiyyətə həqiqətlər çatdırılıb. Eyni zamanda işğal zamanı həlak olan azərbaycanlıların yarımçıq qalmış taleləri, qaçqın düşmüş soydaşlarımızın göz yaşlarının rəmzi kimi qara geyinmiş skripkaçının yaratdığı qəmgin mənzərə ilə 24 ildir düşmən tapdağı altında olan Qubadlının işğalı yad edilib. 

Ermənistan səfirliyinin əməkdaşlarının etirazlarına baxmayaraq, aksiya zamanı heç bir insident qeydə alınmayıb. 

Qeyd edək ki, Azərbaycanın Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi