Azərbaycanlı tələbələr Londondakı sərgidə Ermənistanın stendi qarşısında aksiya keçiriblər

Azərbaycanlı tələbələr Londondakı sərgidə Ermənistanın stendi qarşısında aksiya keçiriblər Onlar Dağlıq Qarabağın qanunsuz təbliğinə qarşı çıxış ediblər
Qarabağ
5 Noyabr , 2014 10:17

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanlı tələbələr Londonda keçirilən World Travel Market beynəlxalq sərgisində Ermənistanın stendi qarşısında səssiz aksiya keçiriblər. "Report" xəbər verir ki, tələbələr bu aksiyanı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın qanunsuz təbliğinə etiraz olaraq təşkil ediblər. 

Noyabr ayının 3-də Londonda 35-ci beynəlxalq World Travel Market sərgisi açılıb. Bir sıra KİV məlumatlarına görə, Dağlıq Qarabağın separatçı rejimi həmin sərgidə iştirak etməyi planlaşdırırdı. 

Azərbaycan XİN-i  Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi göstərilməsinə qarşı lazımi tədbirlər görüb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi sərginin təşkilat işləri ilə məşğul olan şirkətə bununla bağlı xəbərdarlıq edib. Həmçinin, Böyük Britaniyanın Xarici İşlər Nazirliyində görüş keçirilib və Azərbaycan tərəfi bu məsələ ilə bağlı narahatlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi