Azərbaycanın XİN başçısı həmsədrlərlə Ermənistanın sonuncu təxribatçı əməllərini müzakirə edib

Azərbaycanın XİN başçısı həmsədrlərlə Ermənistanın sonuncu təxribatçı əməllərini müzakirə edib Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb
Qarabağ
27 Yanvar , 2015 17:33
Azərbaycanın XİN başçısı həmsədrlərlə Ermənistanın sonuncu təxribatçı əməllərini müzakirə edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində Krakov şəhərində yanvarın 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun qarşıdan gələn dövr üçün nəzərdə tutulmuş fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistanın təxribatçı əməllərinə diqqəti çəkərək bunların danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü bildirib.

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha vurğulayan nazir Elmar Məmmədyarov ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb.

Son xəbərlər

Orphus sistemi