Azərbaycanın XİN başçısı: "Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırması vacibdir"

Azərbaycanın XİN başçısı: "Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırması vacibdir" Azərbaycan ​Xarici işlər naziri Fransanın Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi ilə görüşüb
Qarabağ
9 Fevral , 2017 15:38
Azərbaycanın XİN başçısı: Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırması vacibdir

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Dövlət katibi Jean-Vincent Plase Azərbaycana ilk səfər etməsindən məmnunluğunu ifadə edərək, səfərinin məqsədinin Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində Azərbaycanda uğurla həyata keçirilən elektron hökumət və əhaliyə operativ, şəffaf xidmət göstərilməsi sistemi ilə tanış olmaq olduğunu bildirib. O, bu məqsədlə Azərbaycanda bir sıra dövlət qurumlarında görüşlər keçirdiyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində elektron hökumətin təkmilləşdirilməsi, əhaliyə xidmət sahəsində şəffaflığın artırılması üzrı ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, bu çərçivədə Azərbaycanda yaradılan “ASAN Xidmət” modelinin səmərəli fəaliyyətindən söz açaraq, bir çox ölkələr tərəfindən bu modelə xüsusi maraq göstərildiyini vurğulayıb. 

Görüşdə iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadiyyat, enerji, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulanıb. Fransa şirkətlərinin, xüsusilə “Total” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd edilib. Bakıda yenicə açılan Fransız-Azərbaycan Universitetinin iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə dair həmsöhbətinə məlumat verib. O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində öz səylərini artırmasının vacibliyini vurğulayıb. 

Görüşdə həmçinin, qarşıqılı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi