Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Qarabağ
3 Dekabr , 2015 09:49
Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişik ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində Minsk qrupunun fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün Minsk qrupu həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb.

E.Məmmədyarov əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Son xəbərlər

Orphus sistemi