Yuxarı

Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn olunub - FOTO

O, ermənilərin təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub

Bərdə. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Bərdə rayonunda dəfn olunub. "Report"un Qarabağ bürosunun məlumatına görə, müddətdən artıq xidmət edən hərbi qulluqçu Sahil Sahib oğlu Məmmədov rayonun Soğanverdilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, S.Məmmədov cəbhənin Füzuli istiqamətində erməni silahlı birləşmələrinin törətdiyi təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi