Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşünün yekununa dair bəyanat yayılıb

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşünün yekununa dair bəyanat yayılıb "Görüşdə tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar"
Qarabağ
28 Aprel , 2017 14:45
Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşünün yekununa dair bəyanat yayılıb

Moskva. 28 aprel. REPORT.AZ/ "Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin inkişaf perspektivlərini müzakirə ediblər."

"Report"un Rusiya bürosu xəbər verir ki, bu fikirlər üç ölkənin XİN başçılarının aprelin 28-də Moskva keçirilən görüşünün yekununa dair birgə bəyanatda vurğulanıb. 

Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərdiyi səylərə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrova minnətdarlıqlarını bildiriblər.

"Görüşdə tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar. Üçtərəfli danışıqların yekunları əsasında XİN başçılarının ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ilə görüşü keçirilib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb", - səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi