Azərbaycanın işğal edilmiş ərazilərində məhv edilən erməni hərbçinin mayor olduğu müəyyənləşib - FOTO

Azərbaycanın işğal edilmiş ərazilərində məhv edilən erməni hərbçinin mayor olduğu müəyyənləşib - FOTO Nver Babacanyan artilleriya zərbəsi nəticəsində qəlpə yarası alıb
Qarabağ
2 Mart , 2017 12:06
Azərbaycanın işğal edilmiş ərazilərində məhv edilən erməni hərbçinin mayor olduğu müəyyənləşib - FOTO

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın işğal edilmiş ərazilərində ötən gün məhv edilən erməni hərbçinin mayor olduğu müəyyənləşib.

“Report” xəbər verir ki, martın 1-də, 16-17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrdən birində müqavilə ilə xidmət edən 37 yaşlı Nver Babacanyan artilleriya zərbəsi nəticəsində aldığı qəlpə yarasından dünyasını dəyişib.

Sosial şəbəkələrdə yayılan fotolardan göründüyü kimi, Nver Babacanyan mayor rütbəsi daşıyıb.

Son xəbərlər

Orphus sistemi