Yuxarı

​Azərbaycanın işğal altında olan torpaqlarında 41 yezidi kürd silahlısı zərərsizləşdirilib

Ermənistanda 60 min yezidi kürdün yaşadığı bildirilir

Bakı 14 iyun . REPORT.AZ/ Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistan ordusunda xidmət edən 41 yezidi kürd zərərsizləşdirilib.

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Dünya Yezidi Kürdlər Birliyinin sədri Əziz Tamoyan iyunun 14-də keçirdiyi mətbuat konfransında 4 günlük aprel döyüşlərində erməni ordusunun yezidi kür əsilli 5 hərbçisinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində döyüşlər başlayandan indiyədək 41 yezidi kürd zərərsizləşdirilib.

Ə.Tamoyan ermənilərlə yezidi kürdlərin dostluğunun əbədi olduğunu da vurğulayıb.

Qeyd edək ki, Ə.Tamoyan bir müddət əvvəl Dağlıq Qarabağda gedən döyüşdə 500 yezidi kürdün ermənilərlə birlikdə Azərbaycana qarşı vuruşduğunu söyləmişdi.

Xatırladaq ki, Ermənistanda 60 min yezidi kürdün yaşadığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi