​Azərbaycanın işğal altında olan torpaqlarında 3 erməni silahlısı yaralanıb

​Azərbaycanın işğal altında olan torpaqlarında 3 erməni silahlısı yaralanıb Yaralı silahlılardan birinin vəziyyəti ağırdır
Qarabağ
27 Aprel , 2016 15:57
​Azərbaycanın işğal altında olan torpaqlarında 3 erməni silahlısı yaralanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində baş verən atışmada 3 erməni silahlısı yaralanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin Hərbi-Tibbi İdarəsinin rəisi ,polkovnik Kamavor Xaçatryan bildirib.

Məlumata görə, yaralı silahlılardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən gecə erməni tərəfin atəşkəsi pozması nəticəsində baş verən atışma zamanı 1996-cı ildə anadan olmuş Ayk Samveloviç Minasyan adlı erməni silahlısı zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi