Yuxarı

​Azərbaycanın işğal altında olan ərazisində 3 nəfər "donuz qripi"nə yoluxub

Ermənistan Səhiyyə Nazirliyinin Virusologiya laboratoriyası faktı təsdiqləyib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 nəfərdə "H1N1" virusu ("donuz qripi") aşkarlanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Ermənistan Səhiyyə Nazirliyinin Virusologiya laboratoriyasına aparılan üç nümunədə "donuz virus"unun olduğu təsdiqlənib.

Yanvarın 11-nə olan məlumata əsasən, işğal altında olan ərazidə 332 nəfərin qrip virusuna yoluxduğu müəyyən edilib, onların 275-i 18 yaşınadək yeniyetmədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi