Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Azərbaycanın hərbi qulluqçusu şəhid olub Elşad Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib
Qarabağ
26 Mart , 2016 09:51
Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Bakı. 26 mart. REPORT.AZ/ Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi