Yuxarı

​Azərbaycanın hərbi qulluqçusu şəhid olub

“Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq”

Bakı. 13 mart. REPORT.AZ/ Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Azərbaycan mövqelərini atəşə tutublar. 

“Report” Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır: “Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq”.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi