Yuxarı
    Bağlamaq

    Azərbaycanın hərbi prokuroru: “Dağlıq Qarabağda “referendum” keçirilməsi tam qanunsuzdur”

    Xanlar Vəliyev: “Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını kimsə inkar edə bilməz”

    Bakı. 22 fevral. REPORT.AZ/ “Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”.

    “Report”un xəbərinə görə, bunu hərbi prokuror Xanlar Vəliyev deyib.
    O bildirib ki, BMT başda olmaqla, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edib: “Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını kimsə inkar edə bilməz. Bu, mümkün də deyil. Dağlıq Qarabağda hansısa qurumun olmasını dünya dövlətləri, o cümlədən Ermənistan da qəbul etməyib. Bunu qəbul edə də bilməzlər. Dağlıq Qarabağda Azərbaycan qanunvericiliyinə zidd olaraq, “seçki” və yaxud “referendum” keçirilməsi qanunsuzdur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi