Azərbaycanın əməkdar jurnalisti "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

Azərbaycanın əməkdar jurnalisti "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox vacibdir"
Qarabağ
25 May , 2017 16:22
Azərbaycanın əməkdar jurnalisti Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın əməkdar jurnalisti, yazıçı, kinossenarist, “Qızıl qələm” mükafatının laureatı Nüşabə Məmmədova "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulması haqqında bəyanat verib.

“Report”a verilən məlumata görə, bəyanatda deyilir:

“Gələcək nəsillərə miras qoya biləcəyimiz ən mühüm şey Sülhdür. Bu səbəbdən 25 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox vacibdir.

Həmçinin Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm. Eləcə də ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylərin əhəmiyyətini qeyd etmək istəyirəm.

Erməni və Azərbaycan xalqlarının münaqişədən qabaq münasibəti əsrlərlə formalaşan mehriban qonşuluq prinsipləri üzərinqə qurulmuşdur. Lakin münaqişənin həll olunmaması nəticəsində hər iki xalqın bir birinə münasibətinin yalnız müharibə kontekstində fromalaşmasını böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. Xalq Diplomatiyasının münaqişənin həlli üçün əhəmiyyətli bir addım olduğuna inanıram. Bu səbədən bu təşəbbüsə dəstəyimi ifadə edərək, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqazda sülhün bərpası və onu qorunamsı olan "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulduğumu bəyan edirəm".

Son xəbərlər

Orphus sistemi