Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Araik İqoreviç Sarkisyan öldürülüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun ölüm səbəbi hələlik məlum deyil və araşdırma aparılır.
İnformasiyaya əsasən, hadisə Azərbaycan-Ermənistan ordusunun təmas xəttinin cənub-şərq istiqamtində baş verib.
O, 1995-ci ildə anadan olub.