Yuxarı
    Bağlamaq

    Azərbaycanın bütün məscidlərində Füzulidə qətlə yetirilən dinc sakinlərin xatirəsi yad olunacaq

    Quran oxunacaq, ruhları üçün dualar ediləcək© Report.az

    Bakı. 6 iyul. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə sabah paytaxt Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə, habelə İdarənin xaricdəki səlahiyyətli nümayəndəliklərinin fəaliyyət göstərdiyi məkanlarda Cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

    Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib. 

    Belə ki, din xadimlərinə sabahkı cümə xütbələrində erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı — dinc əhaliyə qarşı mütəmadi törədilən, qadın, uşaq və qocaların qətlləri barədə moizə edilməsi tapşırılıb. İdarənin xaricdəki səlahiyyətli nümayəndələrinə fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətinə xalqımıza qarşı təcavüzün, erməni vəhşiliklərinin mahiyyəti barədə həqiqətləri çatdırmaq tapşırığı verilib.

    "QMİ sədri Şeyxülislam A.Paşazadə Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir", - QMİ-dən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi