Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Cenevrə Mərkəzinin sədri ilə qaçqınlar və məcburi köçkünlərlə bağlı vəziyyəti müzakirə edib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Cenevrə Mərkəzinin sədri ilə qaçqınlar və məcburi köçkünlərlə bağlı vəziyyəti müzakirə edib Daimi nümayəndə: "Azərbaycan son 20 il ərzində qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollar vəsait xərcləyib"
Qarabağ
23 Aprel , 2018 11:14
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Cenevrə Mərkəzinin sədri ilə qaçqınlar və məcburi köçkünlərlə bağlı vəziyyəti müzakirə edib

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Vaqif Sadıqov insan hüquqları və qlobal dialoq sahəsindəki vəziyyətin yaxşılaşdırılması üzrə Cenevrə Mərkəzinin sədri Hanif Həsən əl-Qasım ilə Azərbaycanda qaçqın problemi məsələsini müzakirə edib.

"Report" BƏƏ KİV-inə istinadən xəbər verir ki, tərəflər son vaxtlar dünyada, o cümlədən Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı yaranmış vəziyyəti, eləcə də 1 milyondan çox qaçqını olan, dünyada qaçqın sayına görə ilk sırada yer alan Azərbaycanın təcrübəsi ilə Yaxın Şərqdəki vəziyyətin yüngülləşdirilməsi məsələsi ilə bağlı müzakirə aparıblar.

V.Sadıqov deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ev-eşiklərindən uzaq düşmüş qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün son 20 il ərzində 6 milyard dollar vəsait xərcləyib.

Hanif Həsən əl-Qasım isə bildirib ki, Yaxın Şərqdə silahlı münaqişə və zorakılıq hallarının görünməmiş şəkildə artımı qaçqınların sayının çoxalmasına gətirib çıxarıb. O əlavə edib ki, 2016-ci ildə dünyada qaçqınların sayı, təqribən, 40 milyon nəfər olub.

Son xəbərlər

Orphus sistemi