Azərbaycanın Argentinadakı səfirinin “Clarin” qəzetinə ünvanladığı məktublar erməni icmasının qəzəbinə səbəb olub

Azərbaycanın Argentinadakı səfirinin “Clarin” qəzetinə ünvanladığı məktublar erməni icmasının qəzəbinə səbəb olub Səfirin məktubu həmin qəzetdə dərc edilib
Qarabağ
10 May , 2015 12:09
Azərbaycanın Argentinadakı səfirinin “Clarin” qəzetinə ünvanladığı məktublar erməni icmasının qəzəbinə səbəb olub

Bakı. 10 may. REPORT.AZ/ Argentinanın “Clarin” qəzetinin beynəlxalq siyasət bölməsinin redaktoru, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə növbəti dəfə qanunsuz səfər etmiş qatı ermənipərəst mövqeyi ilə tanınan Marselo Kantelminin həmin qəzetdə “Dağlıq Qarabağa, heç kimin tanımadığı ölkəyə səfər” adlı məqaləsi dərc edilib. “Report” xəbər verir ki, buna cavab olaraq, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin “Clarin” qəzetinə ünvanladığı məktubu bəzi hissələr çıxarılmaqla qəzetin 8 may tarixli buraxılışında dərc olunub.

Diplomat məktubunda bildirib ki, “Clarin” qəzetində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, siyasi, hüquqi aspektləri barədə, eləcə də Azərbaycan hökumətinin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin qeyri-qanuni olması barədə dəfələrlə yazılarının dərc olunmasına baxmayaraq, Kantelmi həmin ərazilərə növbəti dəfə qanunsuz səfər edərək, Azərbaycan qanunlarını və beynəlxalq hüququ pozub. Diplomat vurğulayıb ki, Marselo Kantelminin öz məqaləsində Ermənistanın müharibədə geniş şəkildə iştirakı, bölgədə bu gün azərbaycanlıların qalmaması, Şuşada iki minarəsi dağıdılmış məscidin xarabalıqların içində qalması və Dağlıq Qarabağa hər şeyin Ermənistan tərəfindən təmin olunması kimi faktları etiraf etməsi birmənalı şəkildə sübut edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz, azərbaycanlılara qarşı etnik təmizləmə, bu ərazilərdə Azərbaycanın mədəni-tarixi irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir və qondarma “Dağlıq Qarabağ respublikası” Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün yaratdığı oyuncaq rejimdir. “Müəllif tərəfindən müharibədən əvvəl bölgədə azərbaycanlılar ilə ermənilərin sülh içində yaşaması faktının da qeyd edilməsi göstərir ki, ermənilərin məlum iddialar irəli sürmələri üçün heç bir tutarlı əsası olmayıb, Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı Ermənistanın öz qonşularının ərazisi hesabına “Böyük Ermənistan” xülyasını həyata keçrimək planının tərkib hissəsidir”, - diplomat əlavə edib.

Azərbaycan səfirinin dərc olunmuş məktubunun sonunda Marselo Kantelminin cavab qeydləri də yer alıb və bununla jurnalist özünün Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni girişi ilə bağlı əməlinə məntiqsiz formada haqq qazandırmağa cəhd göstərib. Buna cavab olaraq, Azərbaycan səfiri dərhal “Clarin” qəzetinə növbəti məktub ünvanlayıb və məsələ ilə bağlı səfirlik tərəfindən mətbuata açıqlama verilib.

Bunun ardınca Argentina erməni icmasının radikal mövqeyi ilə seçilən “Prensa Armenia” mətbuat agentliyi də öz tərəfindən açıqlama dərc edərək həqiqətə uyğun olmayan “faktlar”yayıb.

Son xəbərlər

Orphus sistemi