​Azərbaycanın 3 hərbçisi mina partlaması nəticəsində xəsarət alıb

​Azərbaycanın 3 hərbçisi mina partlaması nəticəsində xəsarət alıb MN: Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur
Qarabağ
30 Oktyabr , 2015 20:01
​Azərbaycanın 3 hərbçisi mina partlaması nəticəsində xəsarət alıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində xəsarət alıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlkin ehtimala görə, partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı yalnız rəsmi məlumatlardan istifadə edilməsini kütləvi informasiya vasitələri nümayəndələrinə növbəti dəfə tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi