Azərbaycan XİN: Təmas xəttində təxribatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneə törədir

Azərbaycan XİN: Təmas xəttində təxribatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneə törədir Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in MQ çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır
Qarabağ
14 Noyabr , 2014 13:51
Azərbaycan XİN: Təmas xəttində təxribatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneə törədir

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır və böyük sülh müqaviləsinin üzərində işə başlamağa hazırdır. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan XİN mətbuat xidməti rəhbərinin vəzifələrini icra edən Hikmət Hacıyev bildirib. 

O, prezidentlərin Paris görüşü haqqında danışaraq xatırladıb ki, Fransa prezidenti böyük sülh müqaviləsinin üzərində işləməyə çağırıb. 

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi həmin müqavilənin üzərində işə başlamağa hazırdır: "Lakin noyabrın 12-də təmas xəttində helikopter kimi analoji təxribatlar buna maneə törədir".

H.Hacıyev vurğulayıb ki, dünya ictimaiyyəti bu cür təxribatlara adekvat münasibət bildirməlidir və belə münsaibətlərin olmaması Azərbaycanda təəssüf hissi doğurur. 

O xatırladıb ki, 2012-ci ildə Azərbaycan ATƏT-in MQ həmsədr ölkələrinə Azərbaycanın işğal olunan ərazilərinin üzərindən müvafiq icazə olmadan həyata keçirilən uçuşların qanunsuz olması və bunun Azərbaycanın sərhədlərinin pozulması kimi qiymətləndirilməsi barədə məktub göndərib. 

Son xəbərlər

Orphus sistemi