Yuxarı

Azərbaycan XİN: Şavarş Köçəryanın dedikləri hər hansı şərhə layiq deyil

Azərbaycan XİN sözçüsü Ermənistan xarici işlər nazirinin müavinin açıqlamasına münasibət bildirib

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlamasına münasibət bildirib.

“Report”un xəbərinə görə, H.Hacıyev "Facebook" səhifəsi vasitəsi ilə bildirib ki, Ş.Köçəryan Madrid prinsiplərindən və danışıqların gedişindən tam xəbərsiz olduğunu bir daha sübut edib.

"Görünür ki, Madrid prinsiplərinin yalnız adını həmsədrlərin açıqlamalarından eşitmişdir. Onun dedikləri hər hansı şərhə layiq deyil", - deyə XİN sözçüsü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi