Yuxarı

​Azərbaycan XİN: Rusiyalı müğənni Lyubov Kazarnovskayanın adı "qara siyahı"ya daxil ediləcək

Müğənni qanunsuz olaraq Dağlıq Qarabağ ərazisinə səfər edib

Bakı. 6 İyul. REPORT.AZ/ Qanunsuz olaraq Dağlıq Qarabağa səfər edən Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskayanın adı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

"Report" xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskaya "Azərbaycanın dövlət sərhədləri haqqında" qanununu pozaraq icazəsiz Dağlıq Qarabağ ərazisinə səfər edib. Bununla əlaqədar olaraq ümumi qəbul olunmuş prosedura müvafiq olaraq onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək", — deyə Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, müğənni Kazarnovskaya Xankəndinə səfər edərək buradakı musiqi kollecində ustad dərsləri keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi