Azərbaycan XİN rus baykerlərin Qarabağa motoyürüş edəcəyi barədə xəbərlərə münasibət bildirib

Azərbaycan XİN rus baykerlərin Qarabağa motoyürüş edəcəyi barədə xəbərlərə münasibət bildirib "Bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsi ilə araşdırılır"
Qarabağ
28 İyul , 2015 12:06
Azərbaycan XİN rus baykerlərin Qarabağa motoyürüş edəcəyi barədə xəbərlərə münasibət bildirib

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın "Noçnıe Volki" (Gecə canavarları" adlı bayker qrupunun Ermənistana və qondarma "Dağlıq Qarabağ Respublikası"na motoyürüş planlaşdırması barədə xəbərlərə münasibət bildirib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə bu qrupun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfəri məsələsi araşdırılır və bu barədə əlavə məlumat veriləcək.

"Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycanın "Dövlət sərhədi haqqında" qanunu və Miqrasiya Məcəlləsinin pozulmasıdır. Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər", - açıqlamada bildirilib.

Son xəbərlər

Orphus sistemi