Yuxarı

Azərbaycan XİN rəsmisi: "Erməni vəhşilikləri beynəlxalq ictimaiyyətə çatdırılmalıdır"

Hikmət Hacıyev: Biz bu kimi səfərləri mütəmadi təşkil edəcəyik

Tərtər. 6 may. REPORT.AZ/ "Ermənistan silahlı birləşmələrinin Azərbaycanın mülkü vətəndaşlarına qarşı həyata keçirdikləri vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün mütəmadi olaraq belə səfərlər təşkil olunur".

"Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbycanda akkreditasiya olunmuş xarici diplomatik nümayəndələrin Ağdam və Tərtər rayonlarına səfəri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

XİN-in sözçüsü bildirib ki, cəbhə xəttinə bu kimi səfərlər mütəmadi təşkil olunacaq: "Bu gün cəbhə xəttinə Azərbycanda akkreditasiya olunmuş xarici diplomatik nümayəndələrin rəhbərinin səfəri təşkil olunub. Nümayəndələr ermənilərin ağır artilleriya qurğuları ilə Tərtər və Ağdam rayonu ərazisində yaşayış məntəqələrini atəşə tutması nəticəsində yerli sakinlərə dəyən ziyanla yerində tanış olublar. Məqsəd Azərbycanın haqq-ədalət səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Biz bu kimi səfərləri mütəmadi təşkil edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi