Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN rəhbəri: "Həmsədrlər Ermənistanı işğal olunan əraziləri azad etməyə çağırmalıdır"

    Azərbaycanlı girovlarla bağlı məsələ ən yüksək səviyyədə müzakirə olunur

    Bakı. 16 fevral. REPORT.AZ/ "Həmsədrlər atəşkəsin pozulması haqqında bəyanatlardan başqa Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyə çağırmalıdır". "Report" xəbər verir ki, bunu  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

    O qeyd edib ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və Azərbaycan böyük Sülh Müqaviləsinin üzərində işləməyə hazırdır. "Madrid planları mövcuddur və həmsədrlər razılaşır ki, biz Sülh Müqaviləsinin üzərində işləməliyik. Fransa prezidenti də bu barədə bildirib. Bu çox ciddi işdir", - nazir bəyan edib. 

    XİN başçısı vurğulayıb ki, ilk növbədə erməni əsgərləri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. 

    Münaqişə tərəfləri arasında əsirlərin mübadiləsi ehtimalı haqqında məsələni şərh edən nazir bildirib ki, girov və əsirlər məsələsi daim müzakirə olunur və erməni tərəfində girov saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ən yüksək səviyyədə müzakirə olunur.

    Nazir qeyd edib ki,  Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanılmasının mənası yoxdur və qanunaziddir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi