Azərbaycan XİN rəhbəri: "Ermənistanı sülhə məcbur etmək üçün tədbirlər görmək lazımdır"

Azərbaycan XİN rəhbəri: "Ermənistanı sülhə məcbur etmək üçün tədbirlər görmək lazımdır" "Azərbaycan dəfələrlə böyük sülh müqaviləsinin üzərində işləməyə hazır olduğunu bildirib"
Qarabağ
2 İyun , 2015 11:27
Azərbaycan XİN rəhbəri: Ermənistanı sülhə məcbur etmək üçün tədbirlər görmək lazımdır

Bakı. 2 iyun. REPORT.AZ/ "Azərbaycan dəfələrlə böyük sülh müqaviləsinin üzərində işləməyə hazır olduğunu bildirib. Hesab edirik ki, bu münaqişənin həllində irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk qrupu həmsədrləri öz sülhməramlı missiyası çərçivəsində Ermənistanı sülhə məcbur etmək üçün tədbirlər görməlidir". "Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Nezavisimaya qazeta" nəşrinə müsahibəsində bildirib. 

Nazir vurğulayıb ki, proses yerindən tərpənmir, çünki Ermənistan ATƏT-in MQ həmsədrlərinin böyük sülh müqaviləsi üzərində işə başlamaq çağırışlarına məhəl qoymur. 

"Ermənistan, beynəlxalq hüquq və BMT Nizamnaməsi normaları və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı hərbi təcavüz həyata keçirib. Nəticədə, Azərbaycanın 20% əraziləri işğal altındadır, 1 milyondan artıq azərbaycanlı sərt, qanlı etnik təmizləməyə məruz qalıb. Bundan başqa, bütün mövcud hüquqi normaları pozaraq, erməni silahlı qüvvələri İrəvandan olan yüksək rütbəli dövlət rəhbərlərinin iştirakı ilə hərbi təlimlər keçirir", - E.Məmmədyarov bildirib. O əlavə edib ki, bu kimi addımlar münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesini ciddi şəkildə çətinləşdirir.

Nazirin sözlərinə görə, ötən il Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində danışıqlar prosesi kifayət qədər intensiv olub. O, həmçinin bu prosesdə Minsk qrupu həmsədrlərinin həmin ölkələrin rəhbərləri səviyyəsində fəallığını da vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi