Yuxarı

Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Nazir həmsədrlərlə  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişini müzakirə edəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 30-u mayın 1-də Fransaya səfər edəcək. "Report" xəbər verir ki, bu barədə E.Məmmədyarov bu gün Belçika XİN rəhbəri Didye Reynderslə görüşün nəticələrinə görə keçirilən mətbuat konfransında bildirib. 

Məmmədyarovun sözlərinə görə, o, Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirəcək. Həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişini müzakirə edəcək. 

Nazir qeyd edib ki, bu münaqişənin həllinin irəliləməsinin vaxtı gəlib çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi