Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN: Nazirlərin üçtərəfli görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək

    Hikmət Hacıyev: “Görüşdə Vyana və Sankt-Peterburq görüşlərində prezidentlər səviyyəsində aparılan substantiv danışıqlar ətraflı müzakirə olunub”© Report.az

    Bakı. 28 aprel. REPORT.AZ/ "Moskvada aparılan üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək". 

    “Report”un xəbər verir ki, bunu Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

    "Aprelin 28-də Moskvada Rusiyanın xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib. Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilən görüşlər əsnasında prezidentlər səviyyəsində aparılan substantiv danışıqlar ətraflı müzakirə edilib", - Azərbaycan XİN-in rəsmisi vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi