Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN Fransadan olan həmsədrin dəyişdirilməsinə münasibət bildirib

    Stefan Viskonti və digər həmsədrlə birlikdə münaqişənin tezliklə həlli istiqamətində konstruktiv əsasda birgə işləməyə hazırıq

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədrinin dəyişdirilməsinə münasibət bildirib.

    XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusuna cavab olaraq deyib ki, Fransadan olan əvvəlki həmsədr Pier Andrüyə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Yeni həmsədr Stefan Viskonti və digər həmsədrlərlə birlikdə münaqişənin tezliklə həlli istiqamətində konstruktiv əsasda əməkdaşlığa və birgə işləməyə hazırıq: "Amma instutusional olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözlənilən odur ki, mandatlarına uyğun olaraq, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etsinlər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il ATƏT sənədinə əsasən onların mandatının əsasını da məhz bu sənədlər təşkil edir. Təəssüf ki, ötən 20 ildən çox müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin olunmayıb.

    Azərbaycan Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin substantiv danışıqlar yolu ilə həllinə hazırlığını dəfələrlə bəyan edib".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi