Azərbaycan XİN: Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir

Azərbaycan XİN: Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir "Böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atılmır"
Qarabağ
13 Dekabr , 2014 15:14
Azərbaycan XİN: Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dekabrın 12-də söylədiyi fikirlərə şərh bildirib. “Report”un xəbərinə görə, H.Hacıyev bildirib ki, Ermənistan xarici işlər nazirinin bu kimi mahiyyətsiz açıqlamaları bu ölkənin münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətini təhrif etdiyini və yalnız danışıqların imitasiyası ilə məşğul olduğunu bir daha ifşa edir. Ermənistanın bu addımları beynəlxalq ictimaiyyəti aldatmaq və çaşdırmağa xidmət edərək, uğursuz formada münaqişənin həllindən yayınmaq məqsədi daşıyır.

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarının çıxarılması və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də edilən çağırışlara baxmayaraq, böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atılmır”, - o bildirib.

XİN sözçüsü deyib ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın bu yalanları çox yaxşı başa düşülür: “Ona görə də Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir”.

Son xəbərlər

Orphus sistemi