Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN: Ermənistan təxribatçı əməlləri ilə böyük sülh sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür

    İlk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır

    Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin cəbhə xəttində yaranmış gərginliklə əlaqədar söylədiklərini şərh edib. 

    “Report”un xəbərinə görə, H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir: 

    “ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi, tərəflər sülh sazişi üzrə danışıqlarda iştirak etməlidirlər. Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə böyük sülh sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir.

    ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi