Azərbaycan XİN: Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır

Azərbaycan XİN: Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır "Mütəmadi gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"
Qarabağ
17 Fevral , 2015 19:15
Azərbaycan XİN: Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır

Bakı. 17 fevral. REPORT.AZ/ "Ermənistanın xarici işlər naziri özünün təəssüf doğuran ziddiyyətli şərhləri ilə kimin real olaraq regionda sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl yaratdığını bir daha göstərdi". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Azərbaycan XİN rəsmisi bildirib ki, davam edən mütəmadi gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: "Qeyd olunan "Dağlıq Qarabağ" heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı bir mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır".   

Son xəbərlər

Orphus sistemi