Yuxarı

Azərbaycan XİN: Dağlıq Qarabağda separatçı rejim üçün pul çapı məsələsi diqqət mərkəzindədir

Separatçı rejim üçün qanunsuz buraxılmış pulların numizmatların kolleksiyasına toplanması informasiyası ilə bağlı da tədbirlər görülür

Bakı. 2 mart. REPORT.AZ/ "Azərbaycanın işğal altında olan ərazilərində separatçı rejim üçün qanunsuz pul və qəpik çapı məsələsi daim Azərbaycanın Xarici İşlər Nazirliyinin diqqət mərkəzindədir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN-in "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət" adlı hesabatının təqdimat mərasimində çıxış edən nazirliyin sözçüsü qeyd edib ki, qanunsuz maliyyə və fiskal fəaliyyəti məsələsi də bu hesabatda öz əksini tapıb.

H.Hacıyev əlavə edib ki, eyni zamanda separatçı rejim üçün qanunsuz buraxılmış pulların numizmatların kolleksiyasına toplanması informasiyası ilə bağlı da tədbirlər görülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi