Azərbaycan XİN: BMT Baş katibinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını dəstəkləyirik

Azərbaycan XİN: BMT Baş katibinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını dəstəkləyirik Bakı. 17 yanvar. REPORT.AZ/ BMT-nin Baş katibi Antoni Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik.
Qarabağ
17 Yanvar , 2018 17:02
Azərbaycan XİN: BMT Baş katibinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını dəstəkləyirik
Report

Bakı. 17 yanvar. REPORT.AZ/ "BMT-nin Baş katibi Antoni Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik".

"Report"un məlumatına görə, bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"BMT Baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş formada qalmasına bəraət qazandırıla bilməz.

Avropada təhlükəsizliyin bölünməzliyi vahid prinsip kimi qəbul olunsa da, təəssüf ki, reallıq bundan tamamilə uzaqdır", - deyə, H.Hacıyev əlavə edib.

O xatırladıb ki, 80-ci illərin sonunda Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycanın ərazilərinin 20 faizinin işğalı və bir milyondan artıq azərbaycanlılının qanlı etnik təmizlənməsi ilə nəticələnib: BMT Nizamnaməsi, Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərinə zidd şəkildə ATƏT üzv ölkəsi olaraq Ermənistanın digər ATƏT üzv ölkəsi olan Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Ermənistanın bu kimi işğalçılıq siyasəti, güc tətbiq edərək ərazi əldə edilməsi cəhdləri XX əsrin 30-40-cı illərində Avropada baş qaldıran mənfur təcrübə ilə müqayisə oluna bilər.

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək".

Son xəbərlər

Orphus sistemi