Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN başçısının müavini: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi yola üstünlük verəcəyik"

    Ermənistanın sülhə məcbur edilməsi üçün beynəlxalq birliyin təsiri olmalıdır

    Bakı. 13 may. REPORT.AZ/ “Azərbaycan siyasi diplomatik fəaliyyətində beynəlxalq hüquq normalarından yararlanır”.

    “Report”un xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.
    O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və onun havadarları tərəfindən yaradılıb ki, münaqişəni idarə etsinlər və bu konteksdə öz maraqlarına nail olsunlar.

    Nazir müavini qeyd edib ki, Ermənistanın sülhə məcbur edilməsi üçün beynəlxalq birliyin təsiri olmalıdır: “Biz siyasi yola üstünlük verəcəyik. Azərbaycan xalqı "nə sülh, nə də müharibə" olmayan şəraitdə yaşaya bilməz. Biz siyasi diplomatik yolların daha səmərəli olması, torpaqların azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyik”.
    X.Xələfov vurğulayıb ki, qeyri-hökumət təşkilatları da Dağlıq Qarabağ məsələsində iş görməlidir: “Nə qədər bizim cəmiyyətimiz beynəlxalq birliklərlə əməkdaşlıq edərsə, o qədər də uğur qazanarıq. Ölkənin imicinə ziyan vuran məsələlərdə diqqətli olmalıyıq. Azərbaycanın bu münaqişədə qələbə çalması yaxın vaxtlarda baş verəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi