Azərbaycan XİN başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan XİN başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb "Münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır"
Qarabağ
4 Dekabr , 2014 16:23
Azərbaycan XİN başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 21-ci iclasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Piyer Andre və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdan gələn ildə bu istiqamətdə plan və təklifləri ətrafında ümumi müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha səsləndirərək vurğulayıb ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Son xəbərlər

Orphus sistemi