Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN başçısı: "Heç vaxt ərazi bütövlüyümüzdən və suverenliyimizdən imtina etməyəcəyik"

    Dinlə
    © Report/ Firi Salim — Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

    Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycan heç vaxt öz suverenliyindən və ərazi bütövlüyündən imtina etməyəcək."

    "Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində ADR-in 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edərkən bildirib.

    XİN başçısı xatırladıb ki, SSRİ-nin süqutundan sonra Azərbaycan yenidən çətinliklərlə, ilk növbədə, etnik təmizləmə, ermənilər tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi ilə üzləşib.

    Onun sözlərinə görə, bununla belə, Azərbaycan "Əsrin müqaviləsi"nin imzalanmasından və ölkəyə xarici kapitalın axınından sonra ayağa qalxamğı bacarıb, ölkədə iqtisadiyyat, təhsil inkişaf etməyə başlayıb, əhalinin həyat səviyyəsi yüksəlib.

    "Əsas problemimiz Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ətraf 7 rayonun işğal edilməsidir. Azərbaycan mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır və torpaqlarımızın işğaldan azad olunmasından sonra əlaqələr yaratmağa hazırıq. Amma biz heç vaxt öz suverenliyimizdən və ərazi bütövlüyümüzdən imtina etməyəcəyik", - E.Məmmədyarov deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi