Azərbaycan XİN başçısı: "Ermənistan hər vəchlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan yayınmağa çalışır"

Azərbaycan XİN başçısı: "Ermənistan hər vəchlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan yayınmağa çalışır" "Beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərindən prinsipial mövqe nümayiş etdirmələrini gözləyirik"
Qarabağ
4 Aprel , 2017 10:15
Azərbaycan XİN başçısı: Ermənistan hər vəchlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlardan yayınmağa çalışır
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ "Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarqsyan arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsiylə bağlı həlli uzadılmış məsələsinin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində deyilir.

"Ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır. Buna görə də beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərindən Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe nümayiş etdirmələrini gözləyirik", - məqalədə deyilir.

Eyni zamanda Azərbaycan XİN başçısı BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri, coğrafi və tarixi baxımdan Cənubi Qafqaz regionu ilə yaxından bağlı olan ölkə kimi Rusiyanın xüsusi rolunu vurğulayıb.

E.Məmmədyarov qeyd edib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğalı davam etdirməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməsi regionda və bütövlükdə ATƏT məkanında sabitliyi pozan və sülhə təhdid olan əsas amildir.

O, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan və Rusiya arasındakı birgə əməkdaşlığın regionda sabitlik və təhlükəsizliyə mühüm töhfə olduğunu bildirib. "Azərbaycan gərginliyi azaltmaq və regionda mehriban qonşuluq mühiti yaratmaq üçün xeyli səy göstərir", - məqalədə deyilir.

Son xəbərlər

Orphus sistemi