Yuxarı
    Bağlamaq

    ​Azərbaycan XİN ATƏT sədrinin Bako Saakyanla görüşünə münasibət bildirib

    “Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək”

    Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Ermənistanda Bako Saakyan ilə görüşünü şərh edib.

    “Report”un xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Bako Saakyan ilə görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır: “Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək. Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi