Azərbaycan XİN: ABŞ vətəndaşı olan Den Bilzeryanın Dağlıq Qarabağa səfəri populizm və klounluqdur

Azərbaycan XİN: ABŞ vətəndaşı olan Den Bilzeryanın Dağlıq Qarabağa səfəri populizm və klounluqdur Bakı. 29 avqust. REPORT.AZ/ Göründüyü kimi populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır.
Qarabağ
29 Avqust , 2018 10:07
Azərbaycan XİN: ABŞ vətəndaşı olan Den Bilzeryanın Dağlıq Qarabağa səfəri populizm və klounluqdur
Report
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ "Göründüyü kimi populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfərinə münasibət bildirən XİN rəsmisi vurğulayıb ki, bu kimi qeyri-ciddi adamların kloun fəaliyyətini şərh etməyə lüzum yoxdur.

"Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlər isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı", - deyə H.Hacıyev əlavə edib. 

Son xəbərlər

Orphus sistemi