Yuxarı

Azərbaycan vətəndaşı minaya düşüb - ƏLAVƏ OLUNUB

Onun sol ayağı amputasiya olunub

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan vətəndaşı qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb. “Report”un məlumatına görə, Goranboy rayonunun Zeybə kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Nüğəddin oğlu Kərimov piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb.

Goranboy Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Elçin Cahangirov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, yaralı rayon mərkəzi xəstəxanasına aparılıb. N.Kərimovun sol ayağı amputasiya olunub.

Yaralının vəziyyəti ağırlaşdığından, o, Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi