Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər

    Görüşdə beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparılıb

    Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinin Soçidə keçirilən görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

    "Report" xəbər verir ki, görüşdə beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparılıb.

    Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. Prezidentlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. 

    Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi