​Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

​Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər Görüş zamanı ikitərəfli və beynəlxalq məsələlərə də toxunulacaq
Qarabağ
13 İyun , 2015 06:37
​Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Bakı. 13 İyun. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Xəzər problematikası, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri şənbə günü Azərbaycan və Rusiya prezidentləri arasında Bakıda keçiriləcək görüş zamanı müzakirə olunacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Qarşıda duran yüksək səviyyədə danışıqlar zamanı regional gündəliyin əsas məsələləri, o cümlədən Dağlıq Qarabağ konfliktinin nizamlanması problemi və ötən ilin sentyabrında Həştərxanda keçirilən IV Xəzər sammitində qəbul olunan qərarların həyata keçirilməsinin gedişatına toxunulacaq", - deyə o qeyd edib.

Uşakovun sözlərinə görə, söhbət zamanı, həmçinin vacib  ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi